15:26 - 22.04.2026
22 aprel, Fineko/abc.az. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi xaricdən (o cümlədən Avrasiya İqtisadi İttifaqı ölkələrindən) toyuq yumurtasının bütün nəqliyyat vasitələri ilə idxalına qadağa qoyub.
ABC.AZ xəbər verir ki, məhdudiyyətlər 6 ay müddətində qüvvədə olacaq və yalnız tranzit daşımalar istisna təşkil edəcək.
Nazirlik bu qərarı yerli kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi və daxili bazarın qorunması ilə izah edib.
Qeyd edək ki, Qazaxıstan bundan əvvəl də yumurta idxalına məhdudiyyətlər tətbiq etmişdir, belə ki, son dəfə 2025-ci ilin dekabrında 1 aylıq qadağa qoyulmuşdu.
Məlumata görə, ölkədəki quşçuluq fabrikləri daxili bazarın 98%-ni təmin edir və 2025-ci ildə 4,568 milyard yumurta istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 2,4% çoxdur.