Lufthansa yanacağın bahalaşmasına görə 20 min reysi azaldır

15:06 - 22.04.2026


22 aprel, Fineko/abc.az. Almaniyanın ən iri aviaşirkəti Lufthansa yanacaq xərclərini azaltmaq məqsədilə yay mövsümündə təxminən 20 min qısa məsafəli reysi ixtisar edəcək. Yanacağın qiyməti isə iki dəfədən çox artıb.

ABC.AZ xəbər verir ki, qərarın səbəbləri arasında zərərli CityLine bölməsinin bağlanması, 27 təyyarənin istismardan çıxarılması və əmək mübahisələri də göstərilir.

Şirkət təxminən 40 min ton yanacaq qənaəti gözləyir (bu, sərnişin daşımalarının təxminən 1%-i deməkdir). Eyni zamanda Avropa marşrut şəbəkəsinə yenidən baxılır: Frankfurt və Münhen reyslərinin bir hissəsi bağlanır, əvəzində Sürix, Brüssel və Vyana istiqamətləri genişləndirilir.

Sənayedə xərclərin artması Yaxın Şərqdəki vəziyyət səbəbindən neft tədarükündə məhdudiyyətlər və yanacaq təchizatında mümkün fasilələrlə əlaqələndirilir.