Şuşada 29.4 milyon manata yeni 7 bina tikiləcək

10:31 - 21.04.2026


21 aprel, Fineko/abc.az. Şuşada yeni 7 bina tikiləcək, 29.4 milyon manatlıq müqavilə imzalandı.

ABC.AZ xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi tərəfindən Şuşa şəhərində böyük tikinti layihəsinə start verilir.

Məlumata görə, şəhərin D-3 massivində 2-ci mərhələ üzrə nəzərdə tutulan 7 yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işləri üçün satınalma həyata keçirilib.

Layihənin icrası “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunub.

Müqavilənin ümumi dəyəri 29 373 907 manat təşkil edir.