Bu dövrdə Naxçıvanda 56 510 nəqliyyat vasitəsi dövlət qeydiyyatında olub

16:14 - 20.04.2026


20 aprel, Fineko/abc.az. Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında 56 510 nəqliyyat vasitəsi dövlət qeydiyyatında olub.

ABC.AZ Naxçıvanın Dövlət Statistika Komitəsindən istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 10,3% çoxdur.

Muxtar respublikadakı avtomobillərin 47 086 ədədi minik avtomobilləridir. Bu, 1 il əvvələ nisbətən 11,5% çoxdur.

Bununla yanaşı, Naxçıvanda 7 384 yük avtomobili, 1 031 avtobus, 519 xüsusi təyinatlı və təcili tibbi yardım avtomobilləri, eləcə də 490 pikap və furqon qeydiyyatdadır.

Hesabat dövründə muxtar respublikada istismar müddəti 2 ilə qədər olan avtomobillərin sayı 1 046-dan 2 254-ə, hibrid mühərrikli minik avtomobillərinin sayı 797-dən 2 440-a, elektrik mühərrikli avtomobillərin sayı isə 220-yə yüksəlib.