12:30 - 20.04.2026
20 aprel, Fineko/abc.az. Cari ilin yanvar-fevral ayları ərzində elektron satınalmalar ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 11,1%, məbləğ üzrə isə 13,9% artıb.
Bu barədə ABC.AZ Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Belə ki, bu ilin ilk iki ayında ərzində elektron satınalmaların sayı 783 vahid, məbləği isə 407,1 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə elektron satınalmaların sayı 705, məbləği isə 357,5 milyon manata bərabər idi.
Qeyd edilən dövr ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub. Bildirilib ki, bu, sağlam rəqabətin, kiçik və orta sahibkarlarların (KOB) fəallığının və iqtisadi diversifikasiyanın göstəricisidir.