16:25 - 17.04.2026
17 aprel, Fineko/abc.az. 2026-cı ilin yanvar-fevral aylarında ölkəyə 10 488 ədəd minik avtomobili, 1096 ədəd yük avtomobili, 243 ədəd avtobus idxal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin iki ayında Azərbaycana ümumilikdə 46 milyon 728 min dollar məbləğində avtobus idxal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5.3 dəfə çoxdur.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda 2.3 dəfə artım olub.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026