12:27 - 17.04.2026
17 aprel, Fineko/abc.az. Birinci rübdə Çində iPhone tədarükü 20% artıb — bu, yaddaş çiplərinin bahalaşması və təchizat zəncirindəki pozuntular fonunda bazarın ümumilikdə 4% daralmasına baxmayaraq, ən iri istehsalçılar arasında ən yüksək göstəricidir.
ABC.AZ xəbər verir ki, şirkət 19% bazar payı ilə ikinci yeri tutub. Buna iPhone 17 seriyasına yüksək tələbat, endirim kampaniyaları və dövlət subsidiyaları təsir göstərib. Analitiklər hesab edir ki, premium seqment və güclü təchizat zənciri sayəsində Apple artan xərcləri rəqiblərindən daha yaxşı kompensasiya edə və bazar payını artıra bilər.
Lider mövqeyini Huawei (20%, +2%) qoruyur, Vivo da (+2%) artım göstərib. Eyni zamanda, Xiaomi tədarükləri 35% azalaraq altıncı yerə geriləyib.
Bununla yanaşı, premium seqment sabit qalır: ümumi bazar təzyiqlərinə baxmayaraq, təkmilləşdirilmiş kameralar, qatlanan cihazlar və süni intellekt funksiyaları kimi yeni texnologiyalar tələbatı dəstəkləyir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026