Azərbaycana 3 ay ərzində 28 milyon 630 min dollar ət idxal edilib

11:23 - 17.04.2026


17 aprel, Fineko/abc.az. 2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 28 milyon 630 min dollar dəyərində 12 min 300 ton ət idxal edilib.

ABC.AZ xəbər verir ki, bu barədə  Dövlət Gömrük Komitəsinin aylıq statistikasında bildirilir.

2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 24 milyon 825 min dollar dəyərində 11 min 890 ton ət idxal olunmuşdu.

Beləliklə, Azərbaycan xaricdən ət alışını bu il 3 milyon 805 min dollar və ya 15,3% artırıb.