Bu şirkət nizamnamə kapitalını 2 milyon manat azaldır

10:33 - 17.04.2026


17 aprel, Fineko/abc.az. “TVM İnşaat” MMC yenidən nizamnamə kapitalını azaldır.

ABC.AZ xəbər verir ki, nizamnamə kapitalını 2 189 610 manata azaldığını elan edir. Xatırladaq ki,  “TVM İnşaat” şirkəti bundan əvvəl nizamnamə kapitalının  4 189 610 manata azaldığını elan etmişdir.

Belə ki, MMC-nin nizamnamə kapitalı 2 milyon manat azaldılıb.

Onu da qeyd edək ki, inşaat şirkətinin qanuni təmsilçisi Musa Ağayevdir.