Ferrero 60 ildən sonra ilk dəfə "Nutella"nın tərkibini yenilədi

10:21 - 17.04.2026


17 aprel, Fineko/abc.az. İtaliyanın "Ferrero" şirkəti qovrulmuş yer fıstığı dadı ilə yeni "Nutella" şokolad pastasının satışa çıxarıldığını elan edib. Bu, məhsulun tərkibində son 60 ildən çox müddətdə edilən ilk dəyişiklik olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə deyilir.

Qeyd olunur ki, yeni "Nutella Peanut" artıq bütün ABŞ ərazisində satışdadır, lakin yeni məhsulun digər ölkələrdə yayılması barədə bəyanatda məlumat verilmir. Reklam kampaniyası çərçivəsində "Ferrero" həmçinin may ayında Nyu-Yorkda "Nutella Peanut Pop-Up" adlı müvəqqəti mağaza açacaq.

"Nutella" şirkətinin əsası 1964-cü ildə İtaliyada qoyulub. Brendin məşhur şokolad məhsulları hazırda dünyanın 160 ölkəsində satılır. "Nutella" daha əvvəl müxtəlif şirniyyat qəlyanaltıları yaradaraq çeşidini genişləndirsə də, şokolad pastasının tərkibində heç bir yenilik etməmişdi.