09:16 - 16.04.2026
16 aprel, Fineko/abc.az. Cümə axşamı keçirilən hərraclarda etalon markaların qiymətləri yüksəlir.
Saat 09:11-ə olan vəziyyətə görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin iyun fyuçersi 0,10 dollar (0,11%) bahalaşaraq bir bareli 95,03 dollara çatıb. 15 aprel hərraclarının yekununa görə, "Brent"in iyun fyuçersinin dəyəri 0,14 dollar (0,15%) artaraq bir bareli 94,93 dollar təşkil etmişdi.
Saat 09:11-ə olan məlumata görə, "New York Mercantile Exchange" birjasında "WTI" markalı neftin may fyuçersi 0,46 dollar (0,50%) bahalaşaraq bir bareli 91,75 dollara yüksəlib. 15 aprel hərraclarının yekununda "WTI"in may fyuçersinin qiyməti 0,01 dollar (0,01%) artaraq bir bareli 91,29 dollar olub.

30 İyul 2026
29 İyul 2026
29 İyul 2026