14:48 - 15.04.2026
15 aprel, Fineko/abc.az. "RabitəBank" 2026-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb.
2026-cı ilin ilk üç ayı ərzində "RabitəBank"ın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 23 % artaraq 38 milyon 292 min manata, qeyri-faiz gəlirləri isə 16.8% artaraq 11 milyon 101 min manatı ötüb.
Rüb ərzində Bank 5,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.4% artım deməkdir. Bankın aktivləri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16.4% artaraq 1 milyard 395 milyon 269 min manata çatıb.