17:07 - 13.04.2026
13 aprel, Fineko/abc.az. "Yapı Kredi Bank Azərbaycan" QSC bu ilin I rübünü 1,418 milyon manat xalis mənfəətlə başa vurub.
ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, yanvar-mart aylarında "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri 21,824 milyon manat (1 il əvvələ nisbətən 21,2 % çox), xərcləri 18,136 milyon manat (33,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,572 milyon manat (1,4 % az), mənfəət vergisi ödəmələri isə 697 min manat (33,8 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 789,113 milyon manat olub ki, bu da illik müqayisədə 40,9 % çoxdur. Bunun 455,57 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 56,1 % böyüyüb.
Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 48,2 % artaraq 663,2 milyon manat, o cümlədən depozit portfeli 30 % artaraq 503,225 milyon manat, balans kapitalı isə 11,7 % artaraq 125,913 milyon manat olub.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026