11:33 - 13.04.2026
13 aprel, Fineko/abc.az. Bu il aprelin 1-nə Azərbaycanda 1 696 283 vergi ödəyicisi olub.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5,1 % çoxdur.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,9 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,2 % artıb.
Bu il martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,8 % çox – 206 986 vahid təşkil edib.
Martda 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,3 %-i yerli investisiyalı, 8,7 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,9 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,2 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 %-i MMC formasında yaradılıb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026