Avropada mavi yanacağın qiyməti kəskin artıb

10:37 - 13.04.2026


13 aprel, Fineko/abc.az. Azərbaycanın əsas təbii qaz bazarı olan Avropada mavi yanacağın qiyməti kəskin artıb.

ABC.AZ xəbər verir ki, bu, Donald Tramp tərəfindən Hörmüz boğazı blokadası ilə bağlı təhdidlər fonunda baş verir.

Bakı vaxtı ilə 10:00 radələrində Niderlandın təbii qaz habında (TTF) Avropa qaz fyuçerslərinin qiyməti 7% artaraq hər 1000 kub-metri 570 dollar olub. Bloomberg yazır ki, Avropada təbii qaz qiymətləri ABŞ-ın Hörmüz boğazında tammiqyaslı blokadaya başlayacağı ilə bağlı bəyanatdan sonra kəskin yüksəlib.

Avropada qaz qiymətləri ABŞ və İsrail tərəfindən fevralın sonunda İrana qarşı ilk hücumdan bəri 50%-dən çox artıb.

Qeyd edək ki, Avropa Azərbaycan təbii qazının ixrac etdiyi bazardır. Bu ilin ilk iki ayında Azərbaycandan xaricə 4 mlrd. 381 mln. kub-m təbii qaz ixracından 1 mlrd. 285 mln. dollar valyuta əldə edib. İxrac təqribən 5% artıb. 2026-cı ilin ilk iki ayında Azərbaycanın dövlət büdcəsində təbii qazın orta ixrac qiyməti 1000 kubmetr üçün 440 dollar səviyyəsində müəyyən edilib.