14:50 - 10.04.2026
10 aprel, Fineko/abc.az. ABŞ-ın idman malları istehsalçısı Nike Almaniyanın Adidas şirkətini Çempionlar Liqası üçün topların tədarükçüsü kimi əvəz edə bilər.
ABC.AZ xəbər verir ki, Avropa futbol qurumu UEFA artıq turnir üçün topların tədarükü ilə bağlı Nike ilə eksklüziv danışıqlar aparır. Amerika şirkəti həmçinin Avropa Liqası və Konfrans Liqası üçün də topların tədarükçüsü ola bilər.
Hazırda 2027–2031-ci illəri əhatə edən müqavilə müzakirə olunur. Sazişin dəyəri ildə 40 milyon avrodan çox ola bilər və bu məbləğ UEFA-ya ödəniləcək.
Adidas 2001-ci ildən etibarən 25 il ərzində Çempionlar Liqası üçün toplar istehsal edib. Avropa Liqası və Konfrans Liqasının toplarını isə hazırda Decathlon istehsal edir.
8 İyun 2026