Maserati sapfir şüşəli Ultrafino saatlarını təqdim edəcək

12:07 - 9.04.2026


9 aprel, Fineko/abc.az. Maserati və Bianchet cəmi 100 ədəd tirajla Ultrafino Maserati saatlarını təqdim ediblər.

ABC.AZ xəbər verir ki, premyera 2026-cı ildə Cenevrədə keçiriləcək “Watches and Wonders” sərgisində baş tutacaq və Maserati loqosunun 100 illiyinə həsr olunub.

Dizayn MC Pula superkarından ilhamlanıb: skelet tipli siferblat üçdişli nişanı xatırladan təkər formasında hazırlanıb. Saat ultranazik avtomatik mexanizm, təxminən 60 saatlıq enerji ehtiyatı və turbiyonla təchiz olunub.

Korpus karbon lifindən və rezindən hazırlanıb, şüşə isə sapfirdir. İstehsal İsveçrədə həyata keçiriləcək, təqdimat isə superkarın test-drayvı ilə müşayiət olunacaq.