17:26 - 9.04.2026
9 aprel, Fineko/abc.az. ABŞ Ədliyyə Nazirliyi Kaliforniya qubernatoru Gavin Newsoma qarşı düzəliş edilmiş iddia qaldırıb və məhkəmə onu icraata qəbul edib.
ABC.AZ xəbər verir ki, daha əvvəl iddia kifayət qədər əsaslandırılmadığı üçün rədd edilmişdi.
Vaşinqton hesab edir ki, Kaliforniyanın qanunları (o cümlədən toyuqların qəfəslərdə saxlanılmasına qadağa) Konstitusiyanı pozur və digər ştatların istehsalçılarına əlavə xərclər yükləyərək yumurta qiymətlərini artırır.
Donald Tramp administrasiyası qiymət artımının səbəblərini məhkəmə yolu ilə aradan qaldırmaq niyyətindədir; proses yaxın həftələrdə davam edəcək.