Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mobil tətbiqi çökdü - Foto - Özəl xəbər

11:33 - 9.04.2026


9 aprel, Fineko/abc.az. -(özəl xəbər)- Ötən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sanatoriyalara buraxılışların verilməsi elektronlaşdırılanda insanlar sevinmişdi.

Amma, təəssüf ki, bu sevincləri çox çəkmədi. Yəqin ki, səbəbini bir çoxlarınız bilir, bilməyənlər üçün isə məlumat verək ki, sözügedən buraxılışların elektron qaydada verilməsində çətinlik yaranmışdı.

Bu isə insanlarda haqlı narazılıq yaratmışdı və bununla bağlı həddən çox şikayət yaranmışdı.

Daha sonra Konfederasiyadan iradlardan nəticə çıxarıldığı və çatışmazlıqların aradan qaldıracaqlarını bildirmişdilər.

ABC.AZ-ın kiçik araşdırmasına görə, problemi aradan qaldıracaqlarına söz verilməsindən xeyli zaman keçsə də bu istiqamətdə heç bir ciddi iş görülməyib.

Belə ki, hələ də insanlar sanatoriyalara getmək üçün elektron formada müraciət etsə də əksər vaxtlar ya qeydə alınmırlar,  ya da imtina xəbəri gəlir.

Bununla yanaşı, AHİK-in yeni mobil tətbiqi də işləmir. Bir müddət əvvəl yaradılan tətbiqə daxil olmaq olmur. Bütün bunlar isə onu göstərir ki, AHİK-də rəhbərlik dəyişsə də, keyfiyyət hələ də dəyişməyib.

Yəni, forma var, məzmun yox.

Müəllif: Elmir Muradov