10:50 - 8.04.2026
8 aprel, Fineko/abc.az. ABŞ İranla atəşkəsin Hörmüz boğazı açıldıqdan sonra qüvvəyə minəcəyini əsas götürür.
ABC.AZ-ın məlumatına görə, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" hesabında bildirib.
"Ağ Ev nümayəndəsi bəyan edib ki, İran Hörmüz boğazını açdıqda atəşkəs qüvvəyə minəcək", — deyə o yazıb. Daha əvvəl çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Tehranın Hörmüz boğazını açması şərtilə, İranın mülki infrastrukturuna mümkün zərbələri iki həftə müddətinə təxirə salır.