14:46 - 7.04.2026
7 aprel, Fineko/abc.az. 2026-cı ilin ilk üç ayında ölkədə istehlakçılar üçün nəzərdə tutulmuş “ƏDV geri al” layihəsi çərçivəsində dövlət büdcəsindən geri qaytarılan vəsait həcmi əhəmiyyətli olub.
Belə ki, ilk üç ayda qaytarılan vəsaitin həcmi 51 milyon 747.2 min manat olub.
ABC.AZ Dövlət vergi Xidmətinə istinadən xəbər verir ki, bu illik müqayisədə 13% artımdır. Öncəki ilin eyni dövründə 46 milyon 88,3 min manat olmuşdu.
“ƏDV geri al” layihəsi çərçivəsində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestr konsertləri, həmçinin tibb müəssisələri və özəl tibbi praktika xidmətlərinə, işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar vasitəsilə istehlakçılara qaytarılır.
Bundan əlavə, xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 2 milyon 63,8 min manat təşkil edib.
Beləliklə, cari ilin ilk üç ayında layihə çərçivəsində ümumilikdə 53 milyon 811 min manatdan çox vəsait istehlakçılara geri qaytarılıb.
27 İyul 2026