17:25 - 6.04.2026
6 aprel, Fineko/abc.az. CFTC məlumatlarına görə, Çikaqo buğda bazarında kəskin dönüş baş verib: qiymətlərin yüksələcəyinə dair oyunlar düşüşə dair oyunları 8 641 lot üstələyib və 2022-ci ilin iyunundan davam edən “ayı” dövrü başa çatıb. Uzun mövqelər 117 375 lota çatıb — son 6 ildən artıq müddətdə maksimum, qısa mövqelər isə 108 734 lota düşüb.
ABC.AZ bildirir ki, əsas səbəb Hörmüz boğazı vasitəsilə yanacaq və gübrə tankerlərinin hərəkətinin bloklanmasına gətirib çıxaran müharibə olub, bu isə qlobal ərzaq təhlükəsizliyi narahatlıqlarını artırıb. Qiymətlərin artımına ABŞ-ın Böyük Düzənliklərində quraqlıq və Avstraliyadakı fermerlərin əkin planlarını dəyişməsi də təsir göstərir.
Bazar bazar ertəsi müvəqqəti azalıb, səbəb ABŞ-ın quraq bölgələrinə yağış proqnozu və spekulyantların mənfəəti realizə etməsidir.