İki ayda ən çox ixrac həyata keçirən Azərbaycanın şirkətləri - Siyahı

15:50 - 6.04.2026


6 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il mart sayını təqdim edib.

ABC.AZ-ın məlumatına görə, 2026-cı ilin yanvar - fevral ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,“AGRARCO” MMC, "Prime Cotton” MMC,"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "PRİME LM" Məhdud Məsuliyyətli Cəmiyyəti ,"P-AQRO" MMC,"KHAN-EL" MMC, "MORS TRADİNG" MMC,"STP ALÜMİNİUM" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

"SOCAR POLYMER" MMC,"AZƏRALÜMİNİUM" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq Və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Socar Cape" MMC,"Sənayecihaz" EİM,"İstisu" Mineral Su Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Qaradağ Şüşə Zavodu" ASC.