15:34 - 6.04.2026
6 aprel, Fineko/abc.az. 2026-ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında meşə fındığı (28.1 milyon ABŞ dolları) birinci olub.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın 2026-cı il mart sayında məlumat verilib.
Bu siyahıda qızıl (27.6 milyon ABŞ dolları) ikinci, mis filizləri (24,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-fevral aylarında Rusiya Federasiyasına 149.1 milyon ABŞ dolları, Türkiyəyə 83.4 milyon ABŞ dolları, Gürcüstana 77,2 milyon ABŞ dolları, İsveçrəyə 67,7 milyon ABŞ dolları, Ukraynaya isə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-ci ilin fevral ayında Rusiya Federasiyasına 72.1 milyon ABŞ dolları, Türkiyəyə 52 milyon ABŞ dolları, Gürcüstan 45.6 milyon ABŞ dolları, İsveçrə 29,1 milyon ABŞ dolları, Qazaxıstan isə 13,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.