09:59 - 6.04.2026
6 aprel, Fineko/abc.az. Azərbaycanda 2026-cı ilin ilk iki ayında könüllü tibbi sığorta üzrə sığorta haqları illik müqayisədə 3.21% azalaraq 65.77 mln. manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülletenində qeyd edilib.
Eyni dövrdə sığorta ödənişləri 20.84% artaraq 13.88 mln. manata yüksəlib.
Nəticədə tibbi sığorta üzrə zərərlilik əmsalı 2025-ci ilin eyni dövründəki 16.91%-dən 2026-cı ildə 21.10%-ə çatıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk iki ayında sığorta haqları 2024-cü illə müqayisədə 7.97% artmış, sığorta ödənişləri isə 19.43% azalmışdı.
Ümimilikdə qeyri-həyat sığortası sayılan şəxsi sığorta üzrə yığımlar ilk iki ayda 2% azalaraq 68.25 mln. manata enərkən, ödənişləri 14.27 mln. manata qalxıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026