“Qala Sığorta” ASC-nin yığımları kəskin azalıb

17:27 - 1.04.2026


1 aprel, Fineko/abc.az. “Qala Sığorta” ASC-nin 2026-cı ilin yanvar-fevral ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-fevral ayında 8.553 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 10.676 mln manat və ya 56% azalma deməkdir.

Ötən ilin eyni dövrünə bu göstərici 19.229 mln. manat təşkil etmişdir.