16:07 - 18.03.2026
18 mart, Fineko/abc.az. Kərkükdən (İraq) Ceyhana (Türkiyə) sutkada 250 min barelə yaxın həcmdə neft tədarükünə başlanılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.
Boru kəmərinin ötürücülük qabiliyyəti sutkada 1,5 milyon barelə qədərdir və Türkiyə İraqa bu kəməri Bəsrəyə qədər uzatmağı təklif edib. Bu marşrut İraq və region üçün, xüsusən də dünya neftinin beşdə birinin keçdiyi Hörmüz boğazı ilə bağlı mümkün risklər fonunda böyük əhəmiyyət kəsb edir.