Azərbaycan Uruqvaydan yağ idxalını bərpa edib

11:08 - 17.03.2026


17 mart, Fineko/abc.az. Ötən il Azərbaycan 145,3 milyon ABŞ dolları dəyərində 20 min 130 ton kərə yağı idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 4 % çox, kəmiyyət olaraq – 18 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 51 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 8 min 616 ton (-40 %), Yeni Zelandiyadan 34 milyon ABŞ dolları dəyərində (-4 %) 4 min 269 ton (-20 %), Səudiyyə Ərəbistanından 14,5 milyon ABŞ dolları dəyərində 1 min 635 ton (1 il əvvəl tədarük olmayıb), Belarusdan 11,45 milyon ABŞ dolları dəyərində (+49 %) 1 min 452 ton (+30 %), Ukraynadan 10,25 milyon ABŞ dolları dəyərində (+68 %) 1 min 389 ton (+58 %) kərə yağı alıb.

Azərbaycan 9 il 2 aylıq fasilənin ardından Uruqvaydan tədarükü (180 min ABŞ dolları dəyərində 25 ton) bərpa edib.