15:18 - 16.03.2026
16 mart, Fineko/abc.az. Counterpoint Research-in proqnozuna görə, 2026-cı ildə dünya üzrə smartfon tədarükü 160 mln ədəd azalacaq və bu, son onillikdə ən iri eniş olacaq.
ABC.AZ xəbər verir ki, əsas səbəb süni intellekt üçün yüksək gəlirli HBM yaddaşına istehsal güclərinin yönləndirilməsidir, bu isə istehlakçı DRAM və NAND təklifini ciddi şəkildə məhdudlaşdırıb.
Yaddaş qiymətləri kəskin artıb: DDR5 16Gb eTT çipi yarım ildə $4,10-dan $24-a qalxıb, mobil telefon üçün 8 GB + 256 GB yaddaşın qiyməti isə təxminən 200% artaraq material xərclərinin 30–40%-ni təşkil edə bilər. Nəticədə ucuz smartfonlar bazar payını itirir, iri brendlər isə təxminən $145 qiymətində modellərin istehsalını ləğv edir. Sektor mövcud bazar seqmentləri uğrunda rəqabət mərhələsinə daxil olub.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026