15:52 - 13.03.2026
13 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 66,1 milyon manat təşkil edib.
ABC.AZ Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2 ayda qurum 10 hərrac keçirib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi və 258 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 96-sı qeyri-yaşayış, 794-ü torpaq sahələri üzrə 890 yeni icarə müqaviləsi bağlayıb, bu fəaliyyətdən büdcəsinə 9,8 milyon manat vəsait köçürüb.
Beləliklə, yanvar-fevraldaə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 75,9 milyon manat vəsait daxil olub.
10 İyun 2026
10 İyun 2026