11:20 - 12.03.2026
12 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 30,5 % artaraq 200,6 milyon ABŞ dolları olub.
Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 4,3 dəfə, pambıq ipliyin ixrac dəyəri 2,6 dəfə, bitki-heyvan mənşəli piylər və yağların ixrac dəyəri 2,1 dəfə, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri 34,7 %, pambıq lifinin ixrac dəyəri 33,3 %, meyvə-tərəvəzin ixrac dəyəri 32,7 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 10,9 %, çayın ixrac dəyəri isə 5,1 % artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 34,6 % artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 22 % artaraq 52,5 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 31,2 % artaraq 213,4 milyon ABŞ dolları təşkil edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026