11:23 - 10.03.2026
10 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 739,7 milyon manat olub.
ABC.AZ xəbər verir ki, Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2025-cü ilin ilk ayı ilə müqayisədə real ifadədə 9,7 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 636,5 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 86,1 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 % artaraq 1 milyard 264,1 milyon manat olub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026