Yanvarda Azərbaycan xarici ölkələrlə 3,538 milyard dollarlıq ticarət əməliyyatı aparıb

15:34 - 4.03.2026


4 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Bolqarıstandan Azərbaycana 1,050 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 2,7 dəfə azalma deməkdir.

ABC.AZ xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.