Yanvarda Azərbaycandan bu ölkələrə ixrac həyata keçirilib - Siyahı, Məbləğ

16:18 - 3.03.2026


3 mart, Fineko/abc.az. 2026-cı ilin yanvar ayında Azərbaycandan Rusiya Federasiyasına 77 milyon ABŞ dolları, İsveçrəyə 38,6 milyon ABŞ dolları, Gürcüstana 31,6 milyon ABŞ dolları, Türkiyəyə 31,5 milyon ABŞ dolları, Ukraynaya isə 15,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər “İxrac icmalı”nın 2026-cı ilin yanvar sayında dərc olunub.

2026-cı ilin yanvar ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “AGRARCO” MMC, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, “Prime LM" MMC, "KHAN-EL" MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “AFA Export” MMC, "P-AQRO" MMC, "Mors Trading" MMC.