10:15 - 3.03.2026
3 mart, Fineko/abc.az. Əvvəlki dörd ildə müşahidə olunan 18 %-lik illik orta göstərici ilə müqayisədə, tənzimləyici tədbirlər səbəbindən Azərbaycanda kredit portfelinin artımı 2026-2027-ci illərdə 10-12 %-dək yavaşlayacaq (bu da 2025-ci ilin səviyyəsinə uyğundur).
ABC.AZ xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin məlumatlarında öz əksini tapıb.
“Bank sistemi miqyasında BMHS-ə əsasən 3-cü mərhələ kreditlərinin payının 2026-2027-ci illərdə 4,5-5 % təşkil edərək sabit qalacağı gözlənilir. Hesab edirik ki, Azərbaycanda normativ bazanın və maliyyə institutlarına nəzarətin modernləşdirilməsi üzrə təşəbbüslər sayəsində sahə üzrə risk səviyyəsi azalıb”, - “S&P” vurğulayıb.