Hyundai süni intellekt data mərkəzi, robotlar və “yaşıl” hidrogenə $6,3 mlrd yatıracaq

16:30 - 2.03.2026


2 mart, Fineko/abc.az. Hyundai Motor süni intellekt, robototexnika və hidrogen energetikasının inkişafına 9 trln von (6,3 mlrd ABŞ dolları) investisiya yatıracaq.

ABC.AZ xəbər verir ki, əsas layihə 5,8 trln von dəyərində, 50 min GPU ilə təchiz olunacaq Sİ-data mərkəzinin tikintisidir. Mərkəz avtonom avtomobillərin hazırlanması və robotların öyrədilməsi üçün istifadə olunacaq. Bundan əlavə, şirkət 400 mlrd von dəyərində robot istehsalı zavodu yaradacaq, “yaşıl” hidrogen istehsalına 1 trln von və günəş elektrik stansiyasına 1,3 trln von sərmayə yatıracaq.

Layihə 71 minədək yeni iş yerinin yaradılmasına imkan verə bilər. Xəbər fonunda Hyundai səhmləri 10,6% artıb.