10:11 - 2.03.2026
2 mart, Fineko/abc.az. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı, digər fəsadlarla yanaşı, neft və neft məhsullarının qiymətinin artması ilə nəticələnəcək.
ABC.AZ xəbər verir ki, bu fikri amerikalı analitik və bloqer Endrü Napolitano səsləndirib.
"Bu, dünya nizamı üçün nə deməkdir? Yaxşı heç nə. Hörmüz boğazı bağlanıb. Bu o deməkdir ki, bütün dünyada benzinin qiyməti qalxacaq. Təbii ki, neftin də qiyməti artacaq, çünki benzinin qiyməti neftdən asılıdır", - deyə populyar mühafizəkar "Judging Freedom" podkastının aparıcısı proqnoz verir.