Palata daha bir audit şirkətinə lisenziya verib

16:55 - 27.02.2026


27 fevral, Fineko/abc.az. Auditorlar Palatası audit şirkəti “BSC AUDİT AND ADVİSORY” MMC-yə lisenziya təqdim edib.

ABC.AZ xəbər verir ki, lisenziya, 19 dekabr 2030-cü ilədək verilir. “BSC AUDİT AND ADVİSORY” MMC 2026-cı ilin 10 fevralında Dövlət Vergi Xidməti tərəfindən 10 manat nizamnamə kapitalı ilə qeydiyyata alınmışdı.

Şirkətin direktoru Babayev Samiq Cəsarət oğludur. Şirkətin ünvanı Bakı şəhəri, Xətai rayonu, Lütfizadə, ev 2347-dir.