Rusiya rublu ilin sonunda təxminən dörddə bir qədər ucuzlaşa bilər

15:22 - 27.02.2026


27 fevral, Fineko/abc.az. Rusiya rublu, enerji gəlirlərinin azalması ilə üzləşən hökumətin yuan ilə ehtiyatları artırmaq planlarını açıqlamasından sonra təxminən 25 % dəyərində zəifləyə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters bankirlər və analitiklərə istinadla məlumat yayıb.

“Sberbank” rəhbəri Herman Qref, məzənnənin bir dollar üçün 77-dən 100 rubla düşəcəyini proqnozlaşdırır və mövcud məzənnəni "qeyri-məhsuldar"adlandırır. RF Maliyyə naziri Anton Siluanov, ehtiyatların artırılmasını və dövlət tərəfindən valyuta satışının azaldılmasını təsdiqləyib ki, bu da rublun dəstəyini zəiflədəcək. Alfa-Bank analitikləri bu proqnozu dəstəkləyir.

Rublun zəifləməsi büdcəyə neft satışından əldə olunan rublla gəlirlərin artması hesabına kömək edəcək və ixracatçıları dəstəkləyəcək, lakin inflyasiya risklərini artıracaq. Prezident V.Putinin iştirakı ilə keçirilən müşavirədən sonra Kremlin enerji gəlirlərinin azalmasını “işçi çətinliklər” adlandırıb.

“Sberbank” 2026-cı ildə iqtisadi artımın əsas faiz dərəcəsi 12 %-ə endirildiyi və rubl zəifləndiyi halda 1–1,5 % səviyyəsində olacağını proqnozlaşdırır. USD/RUB bazarında rubl 77 civarında ticarət olunur, dollar güclənməyə çalışır.