12:19 - 27.02.2026
27 fevral, Fineko/abc.az. Netflix Warner Bros. Discovery-nin alınması ilə bağlı təklifini artırmaqdan imtina edib və sövdələşməni maliyyə baxımından məqsədəuyğun hesab etməyib. Şirkət daha əvvəl borclar daxil olmaqla 82,7 mlrd dollar təklif etmişdi.
ABC.AZ xəbər verir ki, Warner Bros.-un direktorlar şurası Paramount Skydance-in hər səhm üçün 31 dollar məbləğində təklifini təsdiqləyib. Sövdələşmənin ümumi dəyəri 111 mlrd dollar təşkil edir. Paramount həmçinin Netflix-ə müqavilənin ləğvinə görə 2,8 mlrd dollar kompensasiya ödəməyi və tənzimləyici orqanlardan icazə alınmadığı təqdirdə əlavə 7 mlrd dollar ödəməyi öhdəsinə götürüb.
Alışın maliyyələşdirilməsi üçün Bank of America, Citigroup və Apollo Global Management-in iştirakı ilə 57,5 mlrd dollar borc vəsaiti cəlb olunub.
Hərracdan imtina qərarından sonra Netflix-in səhmləri 13% bahalaşıb, Warner Bros.-un səhmləri ucuzlaşıb, Paramount-un kotirovkaları isə demək olar ki, dəyişməyib.
Netflix bildirib ki, diqqətini öz biznesinin inkişafına yönəldəcək və 2026-cı ildə kontent istehsalına təxminən 20 mlrd dollar investisiya etməyi planlaşdırır.
27 İyul 2026