Fiziki şəxslərin müddətli əmanətləri yanvarda 159.9 milyon manat artıb

12:13 - 26.02.2026


26 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten-2026" hesabatını açıqlayıb.

ABC.AZ AMB-nin hesabatına istinadən xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 68.3%-i (11 milyard 140.9 milyon manat) milli valyutada, 31.7%-i (5 milyard 164.6 milyon manat) xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 64.2%-i (10 milyard 475.9 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.6% və ya 159.9 milyon manat artıb. 2026-ci ilin yanvar ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.5% (2 min 939 əmanətçi) artaraq 197.1 min nəfər olub.

Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 115.1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.7%-ni təşkil edib.

Müəllif: Elmir Muradov