Ötən il 1 936 azərbaycanlı qadın Türkiyədə ailə həyatı qurub

12:34 - 25.02.2026


25 fevral, Fineko/abc.az. 2025-ci ildə Türkiyədə cəmi 552 237 evilik qeyd olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsindən bildirilib. Qeyd olunub ki, bunun 1 936 nəfəri Azərbaycan vətəndaşı qadın, 253 nəfəri isə kişidir.

Xarici bəylər arasında isə Suriyalı kişilər birinci yerdədir - 1 117 nəfər. Onları Alman və Əfqan kişilər izləyir.

Xarici gəlinlər arasında da Suriyalı qadınlar ən çox evlənənlər olub - 3 954 nəfər. İkinci sırada Özbək qadınlar, üçüncü sırada isə Mərakeşli qadınlar yer alır.

Qeyd edək ki, statistik göstəricilər Türkiyədə nikahların azaldığını göstərir.