16:53 - 24.02.2026
24 fevral, Fineko/abc.az. Son illərdə qəhvə qiymətlərinin rekord səviyyəyə yüksəlməsi qismən arabika qəhvəsinin yetişdirildiyi “qəhvə qurşağı” ölkələrində müşahidə olunan ekstremal hava şəraiti ilə bağlıdır.
ABC.AZ xəbər verir ki, Climate Central təşkilatının araşdırmasına əsasən, qlobal istiləşmə səbəbindən əsas qəhvə istehsalçıları olan Braziliya, Vyetnam, Kolumbiya, Efiopiya və İndoneziya kimi ölkələrdə qəhvə bitkiləri üçün zərərli olan 30 °C-dən yuxarı temperaturlu günlərin orta illik sayı 57 gün artıb.
Yüksək temperatur bitkilərdə stress yaradır, məhsuldarlığı azaldır və dənələrin keyfiyyətini pisləşdirir ki, bu da dünya bazarında qiymətlərin artmasına səbəb olur. Beynəlxalq Qəhvə Təşkilatının məlumatına görə, ötən ilin dekabr ayında ABŞ-da yaşıl qəhvənin bir funtunun orta qiyməti təxminən 3 dollar təşkil edib. Halbuki iki il əvvəl bu göstərici 1,6–1,8 dollar aralığında idi.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026