14:13 - 18.02.2026
18 fevral, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələrinə qeyri-neft-qaz ixracının ümumi dəyəri 2024-cü illə müqayisədə 5 %-dən çox artım nümayiş etdirib.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə Bakıda keçirilən "C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə həm ticarət, həm də investisiya sahəsində davamlı artım dinamikası regionda iqtisadi inteqrasiyanı gücləndirib: "Bu da Azərbaycanın regional iqtisadi əməkdaşlıq sistemində rolunun artdığını göstərir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ümumi dəyəri 53 % artaraq 1,8 milyard ABŞ dollarına çatıb. Bunun əsas hissəsini Mərkəzi Asiyadan idxal olunan məhsullar təşkil edir. Azərbaycan məhsulları əsasən Qazaxıstan və Özbəkistan bazarlarına çıxır".
Şöbə müdiri vurğulayıb ki, 2025-ci ilin 9 ayında Mərkəzi Asiya ölkələrinin Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarında 1 il əvvələ nisbətən artım müşahidə olunub: "Xüsusilə Qazaxıstan və Qırğızıstan bu sahədə daha böyük paya malik olub. Onların Azərbaycana ümumi investisiya qoyuluşu illik müqayisədə 2,6 dəfə artaraq 30,2 milyon ABŞ dolları təşkil edib. Azərbaycan 9 ayda Mərkəzi Asiya ölkələrinə 41,7 milyon ABŞ dolları birbaşa xarici investisiya qoyub".
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026