Yanvarda Azərbaycana 30,1 milyon dollarlıq geyim əşyaları idxal olunub

10:50 - 18.02.2026


18 fevral, Fineko/abc.az. 2026-cı ilin yanvar ayında Azərbaycana 30,1 milyon dollar dəyərində geyim əşyaları və geyim ləvazimatları idxal edilib.

ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12% azalma deməkdir. 2025-ci ilin yanvarında idxal dəyəri 34.2 milyon dollar təşkil etmişdi.

Bu ilin ilk ayında ölkəyə gətirilən geyim məhsullarının payı isə ümumi idxalın 2.31%-i olaraq qeydə alınıb.