11:39 - 17.02.2026
17 fevral, Fineko/abc.az. Hər il ölkəyə milyonlarla smratfonlar gətirilir. Bir çoxları telefon gətirərkən onun rüsumu və qeydiyyatı barədə məlumatsız olduğu üçün bəzən çətinliklərlə üzləşirlər. Çətinlik yaşayanlar rüsumun məbləği barədə də məlumatsız olurlar. Bütün bunları nəzərə alaraq, rüsum və qeydiyyat haqqının məbləğinin hansı meyarlar əsasında müəyyən edildiyini öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-yə sualla müraciət etdik.
Qurumdan ABC.AZ-ın sorğusuna cavab olaraq bildirildi ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-5-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən şəxsi istifadə üçün ölkəyə gətirilən mobil cihazın qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələri bazar qiymətinə uyğun müəyyənləşdirilir.
Müəllif: Elmir Muradov
28 İyul 2026
27 İyul 2026
27 İyul 2026