10:17 - 17.02.2026
17 fevral, Fineko/abc.az. 2025-ci ildə kərə yağının Azərbaycanda qiymətlərinə tətikləyici təsir əsas təchizatçı olan ölkələrdən qiymətlərin yüksəlməsidir. Azərbaycanda bir ton kərə yağının orta idxal qiyməti isə yuvarlaqlaşdırılmadan 5.69 min dollardan 7.22 min dollara qalxıb və illik artım 26.91% təşkil edib.
ABC.AZ xəbər verir ki, Azərbaycan 20.13 min ton kərə yağı idxal edib və bunun ümumi dəyəri 145.31 mln. dollar təşkil edib. 2024-cü illə müqayisədə idxal həcmi 24.51 min tondan 20.13 min tona düşərək 18% azalıb. Buna baxmayaraq, ümumi dəyər 139.51 mln. dollardan 145.31 mln. dollara yüksələrək 4% artıb.
Əsas təchizatçı İran İslam Respublikası olaraq qalır. Bu ölkədən idxal 14.23 min tondan 8.62 min tona enərək 39% azalıb, dəyər isə 69.25 mln. dollardan 50.97 mln. dollara düşüb. Orta qiymət 4.87 min dollardan 5.91 min dollara yüksəlib və 21.34% artıb.
Yeni Zelandiyadan idxal 5.33 min tondan 4.27 min tona enib, yəni 19.96% azalıb. Dəyər 35.55 mln. dollardan 33.98 mln. dollara düşüb. Bir tonun orta qiyməti 6.66 min dollardan 7.96 min dollara qalxıb və 19.59% artım göstərib.
Belarusdan kərə yağı idxalı 1.11 min tondan 1.45 min tona yüksəlib və 30.54% artım qeydə alınıb. Dəyər 7.70 mln. dollardan 11.45 mln. dollara çataraq 48.77% artıb. Orta qiymət isə 6.92 min dollardan 7.88 min dollara qalxıb və 13.87% artıb.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026