17:20 - 9.02.2026
9 fevral, Fineko/abc.az. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xarici ölkələrdən 4,3 milyon ABŞ dolları dəyərində 8 min 667 ton badımcan gətirilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 11 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 4,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 12 % az) 8 min 154 ton (-12 %), Türkiyədən 259 min ABŞ dolları dəyərində (+7 %) 512 ton (+6 %) və Yaponiyadan 0,2 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan tədarük həyata keçirilib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026