11 ayda Azərbaycan xaricə 3,15 milyon dollarlıq badam satıb

16:06 - 9.02.2026


9 fevral, Fineko/abc.az. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 3,15 milyon ABŞ dolları dəyərində 1 min 138 ton badam göndərilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 91 %, kəmiyyət olaraq isə 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistana 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 93 % çox) 616 ton (+2,8 dəfə), Rusiyaya 995 min ABŞ dolları dəyərində (+9,5 dəfə) 176 ton (+7 dəfə), Türkiyəyə 398 min ABŞ dolları dəyərində (-51 %) 126 ton (-18 %), İtaliyaya 290 min ABŞ dolları dəyərində 71 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstana 253 min ABŞ dolları dəyərində 147 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 581 ton badamın 53 %-i Özbəkistanın payına düşüb.