Azərbaycan yanvarda Türkiyədən 1,352 milyon dollarlıq meyvə-tərəvəz məhsulları alıb

12:31 - 9.02.2026


9 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 1,352 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib.

ABC.AZ Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.

Yanvarda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 10,7 % azalaraq 187,382 milyon ABŞ dollarına düşüb.

Türkiyədən ən çox idxalı Almaniya 24 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 19,1 % az), ABŞ 22,485 milyon ABŞ dolları (-38,7 %) və İraq 14,969 milyon ABŞ dolları (+117,5 %) həyata keçirib.